“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kitabxana müdirinə yubiley sevinci

16/11/2026, 23:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Bərdə rayon Elşən Məmmədov adına Samuxlu kənd tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Əhmədova Təranə Kərim qızının 65 illik yubileyi münasibətilə təltif mərasimi keçirilib.

Yubilyara uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətə, kitabxana işinin təşkilindəki əməyinə və məktəbin ictimai həyatında fəal iştirakına görə fəxri fərman və hədiyyə təqdim olunub.

Təranə Əhmədovanı yubileyi münasibətilə təbrik edənlər ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Əmək fəaliyyətinə verilən bu dəyər və göstərilən diqqət yubilyar tərəfindən minnətdarlıqla qarşılanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: