Xəbərlər
Köhnəqışlaq kənd tam orta məktəbinin kollektivinin yay istirahəti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayonunun Köhnəqışlaq kənd tam orta məktəbinin kollektivi Kəsəmən ərazisində yerləşən “Şans” Ailəvi İstirahət Mərkəzində istirahət edib.
Kollektiv üçün yaradılan şəraitdən səmərəli şəkildə istifadə olunub, əməkdaşlar asudə vaxtlarını xoş və yaddaqalan şəkildə keçiriblər.
İstirahətdə iştirak edən kollektiv onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Qeyd oludu ki, müəllim əməyinə verilən dəyər, təhsil işçilərinə göstərilən diqqət və qayğı onların fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Təhsil işçilərinin yalnız əmək fəaliyyətində deyil, onların sosial-mədəni həyatında və istirahətinin təşkilində də yanında olmaq həmkarlar ittifaqının əsas prinsiplərindəndir. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran, gənc nəslin bilik və dünyagörüşünün inkişafında mühüm rol oynayan peşə sahibidir. Bu baxımdan müəllim əməyinə hörmət və ehtiram göstərilməsi, onların sosial rifahının və istirahət imkanlarının diqqətdə saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, onların asudə vaxtının səmərəli təşkili və əmək fəaliyyətlərinə stimul verən müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.



