Xəbərlər
Kolecdə tələbə Həmkar Komitəsinə sədr seçildi.
20/11/2025, 10:31

Sabirabad Dövlət Sosial-İqtisad Kollecində ETİHİ Sabirabad rayon komitəsinin əməkdaşlarının iştirakı ilə tələbə İlk həmkarlar komitəsinin seçkisi keçirildi. Kollecin direktoru Kamran Nəsirov açıq səsverməni elan etdi və seçkidə Bələdiyyə işi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Məmmədov Telman Səid oğlu yüksək səs çoxluğu ilə tələbə ilk həmkarlar komitəsinin sədri seçildi.
ETİHİ Sabirabad rayon komitəsinin əməkdaşları İlkin Nəsirov və Fərahim Nağıyev yeni seçilmiş sədrə müvəffəqiyyətlər və işlərində uğurlar arzuladılar.






