Xəbərlər
Kollec direktorunun yubileyi qeyd olunub

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək yubilyarın Şəki təhsilinə verdiyi töhfələrdən, uzun illər ərzində qazandığı zəngin təcrübədən və yüksək idarəçilik qabiliyyətindən bəhs edib.
Daha sonra çıxış edənlər:Şəki Dövlət Regional Kollecinin müdir müavini Günel Mustafayeva,kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Samir Əskərov,kollecin mühasibi İlqar Yolçuyev vurğulayıblar ki, Sərdar Şərifovun rəhbərliyi ilə kollec ölkənin qabaqcıl orta ixtisas təhsil müəssisələrindən birinə çevrilmiş, təhsildə keyfiyyət, şəffaflıq və innovasiyaların tətbiqinə xüsusi önəm verilmişdir.
Sonda yubilyara ETİHİ Şəki Şəhər Komitəsinin Fəxri Fərmanı və hədiyyəsi təqdim olunub.
Xatırladaq ki,Şəki Dövlət Regional Kolleci 248 əməkdaş və 1268 tələbə olmaqla ümumilikdə 1516 nəfər ittifaq üzvünü birləşdirən ETİHİ Şəki Şəhər Komitəsinin xidmətində olan ən böyük təhsil müəssisəsidir.







