“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kollec kollektivi Şəki yaylasına ekskursiya edib

02/08/2026, 12:51
xeber1

lm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi üçün Şəki yaylasına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yüksəldilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində iştirakçılar Şəki yaylasının zəngin təbiəti, füsunkar mənzərələri və təmiz dağ havası ilə yaxından tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya iştirakçıların böyük məmnuniyyəti ilə qarşılanıb və onlara həm istirahət etmək, həm də mənəvi cəhətdən dincəlmək imkanı yaradıb.

Kollektiv üzvləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: