Xəbərlər
Kollecin rəhbərliyi və İlk Həmkarlar Təşkilatı 2025–2027-ci illəri əhatə edən müqavilə bağladı.
28/11/2025, 10:42

Astara Pedaqoji Kolleci Publik Hüquqi Şəxsin direktoru Kamran Şahverən oğlu Kazımov ilə Kollecin İlk həmkarlar təşkilatının sədri Elçin İman oğlu Mahmudov arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv müqavilə imzalanıb.
İmzalanmış Kollektiv müqavilə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, həmçinin təhsil müəssisəsində sosial tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.









