“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kollektiv həmrəyliyi və xoş istirahət

27/07/2026, 11:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Qaradəmirçi kənd körpələr evi–uşaq bağçası və Dəymədağıldı kənd körpələr evi–uşaq bağçası kollektivləri üçün İsmayıllı–Qəbələ istiqamətində ekskursiya təşkil edilib.

Mədəni-maarifləndirici və istirahət xarakterli səfər zamanı iştirakçılar İsmayıllı və Qəbələ rayonlarının zəngin təbiəti, tarixi-mədəni irsi və görməli məkanları ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılarına bölgənin turizm imkanları, tarixi abidələri və təbiət gözəllikləri haqqında geniş məlumat verilib.

Səfər kollektiv üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi, əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

İştirakçılar yaradılan şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: