Xəbərlər
Kollektiv həmrəyliyinə töhfə verən növbəti ekskursiya

ETİHİ Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Şirvanlı kənd körpələr evi–uşaq bağçasının kollektivi üçün Qax və Şəki rayonlarına maraqlı və yaddaqalan ekskursiya təşkil olunub.
Səfər zamanı kollektiv üzvləri Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bölgələrindən olan Qax və Şəkinin görməli yerlərini ziyarət ediblər. Ekskursiya iştirakçıları tarixi abidələr, milli memarlıq nümunələri və bölgənin füsunkar təbiəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Gəzinti zamanı əməkdaşlar üçün xoş istirahət şəraiti yaradılıb, kollektiv üzvləri arasında səmimi münasibətlərin və birlik ruhunun daha da möhkəmlənməsinə şərait yaranıb.
Şirvanlı kənd körpələr evi–uşaq bağçasının kollektivi təşkil olunan ekskursiyanın yüksək səviyyədə keçirilməsinə görə ETİHİ Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib və bu cür tədbirlərin kollektivlərin motivasiyasına müsbət təsir etdiyini qeyd edib.




