“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kollektiv Müqavilə imzalanıb.

12/11/2025, 15:55
xeber1

Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında imzalanan kollektiv sazişə əsasən kollektiv müqavilələrin imzalanması prosesi həyata keçirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş tutan tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin Daxili nəzarət və keyfiyyətin təminatı üzrə müşaviri Natiq Zamanov,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova,ETİHİ Şəki Şəhər,Qəbələ,Oğuz,Qax, Zaqatala və Balakən rayon komitələrinin sədrləri iştirak ediblər.

Müqavilələrin məqsədi təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi,əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqları ilə idarəetmə orqanları arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsidir.

Günay Mahmudova və Natiq Zamanov çıxış edərək kollektiv müqavilələrin əhəmiyyətindən, təhsil sahəsində sosial tərəfdaşlığın inkişafına verdiyi töhfədən danışıblar.12 Noyabr Konstitusiya Günü münsibəti ilə həmkarlarını təbrik edən Ziyafət Xasiyeva bu əlamətdar hadisənin bugünə təsadüf etdiyini vurğulayaraq kollektiv müqavilənin əhəmiyyətindən və əlavə olunan yeniliklərdən xəbər verib.

Tərəflər kollektiv müqaviləyə olunan əlavə və dəyişikliklərdən və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə 5 rayon və 1 şəhər olmaqla 6 komitə arasında kollektiv müqavilə imzalanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: