“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kollektiv ruhunu gücləndirən Qax–İlisu ekskursiyası

15/07/2026, 09:17
xeber1

Ağdam rayonu Eyvazlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi yay məzuniyyətini ölkəmizin füsunkar guşələrindən biri olan Qax–İlisu istiqamətində təşkil olunmuş ekskursiya ilə yaddaqalan edib.

Təbiətin gözəllikləri, tarixi məkanlar və xoş anlarla zəngin bu səyahət həm istirahət, həm də kollektiv üzvləri arasında dostluq və həmrəyliyin daha da möhkəmlənməsi baxımından dəyərli olub.

Müəllimlər ekskursiyanın yüksək səviyyədə təşkilinə görə ETİHİ Respublika Komitəsinə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin kollektiv həmrəyliyinin möhkəmlənməsinə, mənəvi istirahətə və motivasiyanın artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətinin təmin olunması istiqamətində fəaliyyət davam etdiriləcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: