“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kollektiv ruhunu gücləndirən Şəki gəzintisi

16/06/2026, 09:15
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayon 67 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhərinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.

Səfər iştirakçıları Şəki şəhərinin tarixi və mədəni abidələri ilə yaxından tanış olub, şəhərin zəngin mədəni irsi haqqında məlumat əldə ediblər. Gəzinti kollektiv üzvlərinə xoş təəssüratlar bəxş edib, onların istirahətinin səmərəli təşkilinə və komanda ruhunun güclənməsinə töhfə verib.

Belə tədbirlər təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, kollektiv daxilində həmrəyliyin möhkəmlənməsinə və iş motivasiyasının artırılmasına xidmət edir. Ekskursiya iştirakçıları yaradılan şəraitə və göstərilən diqqətə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: