“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kollektiv üçün yaddaqalan ekskursiya.

27/07/2026, 09:30
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayon Piyadalar kənd körpələr evi–uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və onların mənəvi istirahətinin təmin edilməsi olub.

Ekskursiya çərçivəsində iştirakçılar İsmayıllı rayonunun füsunkar təbiəti, gözəl mənzərələri və görməli məkanları ilə yaxından tanış olublar. Səfər boyunca kollektiv xoş və yaddaqalan anlar yaşayıb, maraqlı istirahət proqramında iştirak edib.

Kollektiv bu gözəl ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.

Belə sosial yönümlü tədbirlər təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, kollektiv ruhunun gücləndirilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: