Xəbərlər
Komanda ruhunu gücləndirən gəzinti
12/06/2026, 17:23

İdmançılar üçün motivasiya və istirahət gəzintisi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarında ETİHİ Nəsimi Rayon Komitəsini təmsil edən bütün idman növləri üzrə iştirakçılar üçün 2 günlük gəzinti təşkil olunub.
Gəzintinin əsas məqsədi idmançıların yarışlarda göstərdikləri fəallığı və əzmkarlığı dəyərləndirmək, onların asudə vaxtının səmərəli təşkilinə və komanda ruhunun daha da möhkəmləndirilməsinə töhfə verməkdir.





















