“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Komitə sədri növbəti vətəndaş qəbulu keçirib

12/05/2026, 18:00
xeber1

ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva tərəfindən keçirilən vətəndaş qəbulları davam edir. Müəyyən olunmuş qrafik əsasında təşkil edilən görüşlər zamanı ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılır, onların qaldırdıqları məsələlərin operativ həlli diqqətdə saxlanılır.


Qəbul prosesində təhsil işçilərinin əmək hüquqları, sosial müdafiə və digər məsələlərlə bağlı müraciətləri dinlənilir, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


Eyni zamanda vətəndaşlar tərəfindən səsləndirilən təkliflər dinlənilir,müraciətlər araşdırılaraq aidiyyəti üzrə müvafiq qurumlara çatdırılır.Bu görüşlər ittifaq üzvləri ilə səmərəli dialoqun qurulmasına və onların hüquq və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir.


Məlumat üçün bildiririk ki,vətəndaş qəbulu həftənin II-IV günləri saat 14:00-dan 18:00-dək həyata keçirilir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: