Xəbərlər
Komitə sədri vətəndaşları qəbul edib

ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva tərəfindən vətəndaş qəbulu mütəmadi qaydada həyata keçirilir. Həftənin 4 günü təşkil olunan qəbul zamanı ittifaq üzvlərini maraqlandıran məsələlərin daha effektiv və operativ şəkildə həlli diqqət mərkəzində saxlanılır.
Görüşlər çərçivəsində təhsil işçilərinin sosial-iqtisadi və əmək hüquqları ilə bağlı müraciətləri dinlənilir, onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Vətəndaşların irəli sürdüyü təklif və şikayətlər ətraflı araşdırılır, zəruri hallarda aidiyyəti qurumlara yönləndirilir. Bu cür görüşlər həmkarlar ittifaqı üzvləri ilə birbaşa ünsiyyətin gücləndirilməsinə, onların hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Xatırladaq ki,vətəndaş qəbulu həftənin II-V günləri saat 14:00-dan 18:00-a qədər müəyyən edilən qrafik əsasında təşkil olunur.









