“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Komitə tərəfindən iftar süfrəsi təşkil olunub

18/03/2026, 18:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.


Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin kollektivi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, Şəki rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva, təhsil işçisi olan şəhid ailə üzvləri, müharibə veteranları, qazilər və oruc tutan ittifaq üzvləri iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və çıxış edənlər- Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov və Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev ,Şəhid anaları Rəmziyyə Nadirova və Dursun Cavadova II Qarabağ qazisi Hacılı Lətif və digərləri müqəddəs Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mərhəmət, paylaşma və həmrəylik hisslərini gücləndirməsindən Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmlənməsindəki rolundan danışıblar.


Tədbirdə din xadimi tərəfindən mütəmadi olaraq Qurani-Kərimdən ayələr səsləndirilmiş, dini-ibrətamiz hekayələr danışılmış, müqəddəs Ramazan ayının insanın mənəvi saflaşmasında və daxili aləminin zənginləşməsində mühüm rolu vurğulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: