“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Komitənin dəstəyi ilə ekskursiyalar davam edir

14/08/2026, 10:03
xeber1

ETİHİ Şəki Şəhər Komitəsinin dəstəyi ilə Şəki rayonunun I Biləcik kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün ölkəmizin dilbər guşələrindən olan Şuşa şəhərinə ekskursiya təşkil olunub.


Ekskursiya zamanı kollektiv üzvləri Şuşanın zəngin tarixi və mədəni irsi, füsunkar təbiəti ilə yaxından tanış olub, şəhərin görməli yerlərini ziyarət ediblər. Səfər çərçivəsində iştirakçılar Şuşanın tarixi məkanlarını, bərpa və yenidənqurma işlərinin nəticələrini böyük maraqla izləyiblər.


Səfərin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin tarixi-mədəni irsi ilə yaxından tanışlığının təmin edilməsi və kollektivdə həmrəylik və dostluq münasibətlərinin möhkəmləndirilməsidir.

Kollektiv üzvləri göstərilən diqqət və dəstəyə görə ETİHİ Şəki Şəhər Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: