Xəbərlər
Konstitusiya – hüquq və azadlıqlarımızın təminatçısıdır!

“Konstitusiya – hüquq və azadlıqlarımızın təminatçısıdır!”
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında maarifləndirici görüşlər keçirilib, dəyirmi masalar təşkil edilib.
Görüşlərdə Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik tariximizdəki rolu, vətəndaşların hüquq və vəzifələri, qanunun aliliyi və hüquqi dövlət quruculuğu mövzularında müzakirələr aparılıb.Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə şagirdlərə uyğun videoçarx nümayiş etdirilib.
Şagirdlərlə aparılan müzakirələr zamanı Konstitusiyanın hüquqi dövlət quruculuğunun əsasını təşkil etdiyi vurğulanıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib.
Belə maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərdə hüquqi bilikləri artırmaq, Konstitusiyaya və qanunlara hörmət hissini formalaşdırmaqdır.



























