Xəbərlər
Konstitusiya və Suverenlik İli, cərcivəsində Gənclər Evi sosial xidmət müəssisəsində 8 Noyabr Zəfər Gününə həsr olunmuş ,,nə harada nə zaman,, intellektual oyunu keçirilib.

Tovuzda "Konstitusiya və Suverenlik İli" cərcivəsində Gənclər Evi sosial xidmət müəssisəsində 8 Noyabr Zəfər Gününə həsr olunmuş ,,nə harada nə zaman,, intellektual oyunu keçirilib.Tədbirdə 10 komandanın iştirakı ilə keçirilən intellektual oyununda iştirakcılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət, Heydər Əliyev fondunun fəaliyyəti və Zəfər Günü ilə əlaqədar sualları cavablandırmışlar.
Tədbirdə YAP Tovuz Rayon təşkilatının sədr müavini İ.Kərimov, Gənclər Evi sosial xidmət müəssisəsinin rəhbəri, ETİHİ Tovuz Rayon Komitəsinin sədri Flora Pənahova, Təhsil sektorunun əməkdaşı Elşən Musayev iştirak ediblər.








