Xəbərlər
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib

Qəbələ rayonu Təbriz Yaqubov adına Bum qəsəbə tam orta ümumtəhsil məktəbdə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, məsləhətçi Məlahət Hüseynova, ETİHİ-nin Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyəti vurğulanıb, Konstitusiyamızda təsbit olunmuş müddəalar şagirdlərin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi və Dövlət suverenliyi işğaldan azad olunmuş bütün ərazilərdə bərpa olunub.
Tədbir çərçivəsində şagirdlər tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.








