Xəbərlər
“Konstitusiya və Suverenlik İli”nin yekununa həsr olunmuş həmrəylik yarışı təşkil edildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Komitənin fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında basketbol yarışı keçirilib.
Yarışın məqsədi pedaqoji kollektivlər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, həmçinin həmrəyliyin və komanda ruhunun möhkəmləndirilməsi olub.
Yüksək idman ruhu və gərgin mübarizə şəraitində keçən yarış təhsil işçilərinin fəallığı və peşəkarlığı ilə yadda qalıb. Maraqlı oyunlarla müşayiət olunan qarşılaşmalar iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Yarışın nəticələrinə əsasən qalib gələn komandalar aşağıdakılardır:
I yer – Mikayı Müşfiq adına 18 nömrəli tam orta ümumtəhsil məktəb
II yer – 147 nömrəli Texniki Humanitar Lisey
III yer – İlqar İbrahimov asına 167 nömrəli tam orta ümumtəhsil məktəb
Tədbir “Konstitusiya və Suverenlik İli”nin ideyalarına uyğun olaraq birlik, sağlam rəqabət və həmrəylik ruhunda təşkil olunub.












