“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Konstitusiya və Suverenlik İli”nin yekununa həsr olunmuş tədbir keçirilib.

18/12/2025, 17:46
xeber1

Dekabrın 18-də Şəki Şəhər Heydər Əliyev Mərkəzində Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi,Şəki Rayonu üzrə Təhsil Sektorunun və Şəki Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nin yekununa həsr olunmuş tədbir keçirilib.


Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. “Konstitusiya və Suverenlik İli”mövzusunda təşkil olunmuş sərgi ilə tanış olublar.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müdiri Ülkər Mahmudova, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev, təhsil işçiləri, şəhid ailə üzvləri və digər qonaqlar iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova,Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müdiri Ülkər Mahmudova, çıxış edərək “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Konstitusiyanın rolundan, təhsil və mədəniyyət sahələrinin cəmiyyətin inkişafında tutduğu mühüm mövqedən bəhs ediblər. ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev isə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyən edən əsas sənəd olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli xarici və daxili siyasət nəticəsində ölkəmizin tam suverenliyinin təmin olunduğunu, Konstitusiyanın müddəalarının ölkənin bütün ərazisində tam şəkildə icra edildiyini bildiriblər.


Şəhid Şahmar Soltanlının anası Gülxar Bədirova çıxışı zamanı vətən uğrunda canından keçmiş şəhidlərimizin və vətən uğrunda sağlamlığını qurban vermiş qazilərimizin Suverenlik yolunda fədakarlıqlarından bəhs edib.

Daha sonra gənc nəsilin yetişməsində və tədbirlərin təşkilində göstərdikləri fəallığa görə bir qrup təhsil və mədəniyyət işçiləri, həmçinin “Zəfər” elm müsabiqəsinin Şəki rayonu üzrə qalibləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Şəki Rayonu üzrə Təhsil Sektorunun Fəxri fərman və hədiyyələri ilə təltif olunublar. 


Tədbir şagirdlər tərəfindən hazırlanmış Konstitusiya və Suverenliyə aid ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: