“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Konstitusiyanın memarı” adlı ekspozisiya zalında ekskursiya-mühazirə təşkil olunub.

12/11/2026, 14:47
xeber1


 

12 noyabr 2026-cı il tarixində Beyləqan rayon Heydər Əliyev Mərkəzinin, Beyləqan rayon

üzrə Gənclər və İdman Sektorunun və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan

rayon üzrə Təhsil Sektorunun ,Elm və Təhsil İşçiləri Beyləqan rayon Komitəsinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr

olunmuş rayon ümummtəhsil məktəblilərinin iştirakı ilə “Konstitusiyanın memarı” adlı

ekspozisiya

zalında ekskursiya-mühazirə

təşkil olunub. Tədbirin əsas

məqsədi

məktəblilərin hüquqi biliklərini artırmaq, onlarda

dövlətçilik prinsiplərinə hörmət hissinin aşılanması olunub.

 

Tədbir çərçivəsində məktəblilərə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul

tarixi, onun dövlətçilik tariximizdəki əhəmiyyəti və Ümummilli Lider Heydər Əliyevin milli

Konstitusiyamızın hazırlanması və qəbul edilməsindəki tarixi xidmətləri barədə məlumat

verilib.

 

Ekspozisiya zalında şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks

etdirən eksponatlar əsasında geniş, və interaktiv məlumat verilib.

 

Şagirdlər Ümummilli Liderin həyat yolu, Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda

göstərdiyi xidmətlər barədə yeni biliklər əldə edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: