Xəbərlər
“Könüllü qonaq” bu dəfə 85 yaşlı təqaüdçü Hacıyeva Almaz Zeynal qızınının qonağı olub

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə Neftçala rayonu Xıllı qəsəbəsi Rafiq Gözəlov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hacıyeva Almaz Zeynal qızını ziyarət edib.
Görüş zamanı Xıllı qəsəbəsində yaşayan təqaüdçü müəllimin şərəfli və zəngin əmək fəaliyyətindən danışılıb, onun gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Almaz müəllimə Komitə tərəfindən gül dəstələri , fəxri fərman və mükafat təqdim olunub.
Şagirdlərinin görüşə qatılması Almaz müəllimə olduqca sevindirici və duyğulu anlar yaşadıb. Səmimi söhbət zamanı ötən illər xatırlandı, müəllimlik peşəsinin şərəfi və məsuliyyəti haqqında fikirlər bölüşülüb.





