“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Könüllü qonaq” layihəsi çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələri ziyarət olunub

04/06/2026, 15:21
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Könüllü qonaq” layihəsi çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələri ziyarət olunub. Layihə çərçivəsində Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladları – şəhid Əsəd Əsədovun qızı Selin, şəhid Xəzər Cəfərovun qızları Dəniz və Yağmur ziyarət edilərək bayram münasibətilə onlara hədiyyələr təqdim olunub. Səmimi görüş zamanı uşaqlarla xoş söhbətlər aparılıb, onların sevincinə şərik olunub. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinə və övladlarına diqqət və qayğı göstərməkdir.

Uşaqların üzündəki təbəssüm və sevinc hissi bu mənalı günün ən dəyərli anlarından biri olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: