Xəbərlər
"Könüllü qonaq" layihəsi çərçivəsində daha bir təqaüdçü ziyarət olunub

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Əsədova Nazilə Əyyub qızını ziyarət edib.
Görüş zamanı təqaüdçü müəllimin şərəfli və zəngin əmək fəaliyyətindən danışılıb, onun gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Nazilə müəllimə Komitə tərəfindən gül dəstələri, fəxri fərman və hədiyyə təqdim olunub.
Şagirdlərinin və keçmiş həmkarlarının görüşə qatılması Nazilə müəllimə olduqca sevindirici və duyğulu anlar yaşadıb. Səmimi söhbət zamanı ötən illər xatırlandı, müəllimlik peşəsinin şərəfi və məsuliyyəti haqqında fikirlər bölüşülüb.








