“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Könüllülük fəaliyyətinin təşviqi

06/11/2026, 22:00
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi ndə gənclərin könüllülük fəaliyyətinin təşviqi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də ictimai fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən təşəbbüslər çərçivəsində əlamətdar gün oldu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin ilk könüllüsü Fidan Böyükşiyeva göstərdiyi fəallığa, təşəbbüskarlığa və könüllü fəaliyyətinə görə komitə tərəfindən sertifikatla təltif olundu.

Könüllü fəaliyyəti müddətində mühasibatlıq işlərinin və həmkarlar ittifaqı fəaliyyətinin həyata keçirilməsində istifadə olunan elektron MEİS proqramının, eləcə də digər elektron tətbiq və proqramların tətbiqi, istifadəsi və iş prosesində mənimsənilməsi istiqamətində komitəyə yaxından dəstək göstərib. O, bu müddət ərzində nəzəri biliklərini praktiki fəaliyyətlə birləşdirmək, müasir texnologiyalardan istifadə bacarıqlarını təkmilləşdirmək və işgüzar təcrübə qazanmaq imkanı əldə edib. Qeyd edək ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynayan, onların gələcək əmək fəaliyyətinə hazırlanmasına xidmət edən əhəmiyyətli bir məktəbdir. Bu gün müxtəlif dövlət və qeyri-dövlət qurumlarında, təşkilatlarda könüllü kimi fəaliyyətə başlayan gənclər ilk iş təcrübələrini qazanır, kollektivdə işləmək, ünsiyyət qurmaq, məsuliyyət daşımaq, təşəbbüs göstərmək və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarıqlarını inkişaf etdirirlər. Könüllü olmaq yalnız müəyyən işlərin görülməsində iştirak etmək deyil, eyni zamanda cəmiyyətə fayda vermək, yeni biliklər öyrənmək, təcrübə qazanmaq və gələcəyə daha inamlı addımlamaq deməkdir.

Unutmaq olmaz ki, bu gün könüllülük fəaliyyəti ilə ilk addımlarını atan gənclər sabah öz sahələrində peşəkar mütəxəssislər, bacarıqlı kadrlar və cəmiyyətin fəal üzvləri kimi yetişə bilərlər. Könüllülük gənclərə yalnız təcrübə qazandırmır, həm də onlarda vətənpərvərlik, humanizm, məsuliyyət, əməksevərlik və həmrəylik kimi mühüm mənəvi keyfiyyətləri formalaşdırır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq inanırıq ki, Fidan Böyükşiyevanın könüllülük fəaliyyəti digər gənclər üçün də nümunə olacaq, onların ictimai təşəbbüslərdə iştirakına və yeni biliklər əldə etməsinə stimul verəcəkdir.

Sosial şəbəkələrdə paylaş: