“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Körpə qəlblərə uzanan həmrəylik əli

25/12/2025, 10:01
xeber1

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Göyçay rayon Həmkarlar İttifaqının birgə təşəbbüsü əsasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin ailələrinə diqqət və qayğı göstərmək, həmçinin uşaqlara bayram sevincini yaşatmaq olub.

Tədbir çərçivəsində şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim edilib, onların üzündə yaranan sevinc və təbəssüm tədbirə xüsusi mənəvi dəyər qatıb. Bu cür sosial yönümlü təşəbbüslər uşaqlarda həmrəylik, vətənpərvərlik və birlik ruhunun formalaşmasına mühüm töhfə verir.

Qeyd edək ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Göyçay rayon Həmkarlar İttifaqı bundan sonra da sosial məsuliyyət prinsiplərinə əsaslanan layihələrə dəstək göstərməyi və bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi planlaşdırır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: