“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Körpə ürəklərə həmkar qayğısı

25/12/2025, 09:53
xeber1

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Orxan Mürsəlov və Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova Göyçay şəhər Səməd Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziyada qonaq olublar.


Gimnaziyanın rəhbərliyi tərəfindən tədrisin təşkili barədə ətraflı məlumat verilib.

Daha sonra inteqrasiya təlimli internat tipli gimnaziya və Göyçay Uşaq Musiqi Məktəbinin birgə hazırladığı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tədbiri keçirilib.

Tədbirdə həmçinin Göyçay musiqi məktəbinin direktoru Tahir Əmrahov, Göyçay rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov, Göyçay rayon Mədəniyyət Mərkəzinin direktoru Babayeva Gülçin ,Uşaq Gənclər və Yaradıcılıq Mərkəzinin Direktoru Zahidə Mirzəyeva, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi mədəniyyət Müəssisələri üzrə iş sektorunun müdiri Zəfər Hacıyev və digər qonaqlar iştirak etdilər.


Tədbirdə musiqi nömrələri və maraqlı çıxışlar təqdim olunub.

Sonda ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən hər bir uşağa bayram hədiyyələri təqdim edilib. Uşaqların sevinci tədbirə xüsusi rəng qatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: