“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

körpələr evi-uşaq bağçasında ittifaq üzvləri ilə maarifləndirici görüş təşkil olunub

13/02/2026, 17:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 79 saylı körpələr evi-uşaq bağçasında ittifaq üzvləri ilə maarifləndirici görüş təşkil olunub.

Görüş zamanı həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətləri, üzvlərin hüquq və vəzifələri, sosial təminat mexanizmləri, maddi yardım və istirahət imkanları, eləcə də əmək münasibətlərində qorunan hüquqlar barədə ətraflı məlumat verilib. Qanunvericiliyin tətbiqi, işçilərin hüquqlarının müdafiə mexanizmləri və kollektiv həmrəyliyin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

79 saylı körpələr evi-uşaq bağçasının kollektivi tədbirdə fəal iştirak edərək ittifaqın fəaliyyəti ilə bağlı onları maraqlandıran sualları səsləndirib, praktik izah və tövsiyələr alıb. Görüş qarşılıqlı fikir mübadiləsi və açıq dialoq şəraitində keçib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi maarifləndirmə tədbirlərini davam etdirərək üzvlərin hüquqlarının daha səmərəli qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: