Xəbərlər
Körpələr evi-uşaq bağçasının kollektivinin Didvan gölünə səfəri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin dəstəyi ilə Həsənsu kənd Körpələr evi-uşaq bağçasının kollektivi Didvan gölü ətrafında maraqlı və yaddaqalan gəzintidə iştirak etdilər. Təbiətin gözəlliyi, səmimi ünsiyyət və xoş atmosfer kollektiv üzvlərində yüksək əhval-ruhiyyə yaratmış, təşkil olunan istirahət hər kəs tərəfindən böyük məmnunluqla qarşılanıb. Didvan gölünün ecazkar təbiəsi fonunda keçirilən bu səmimi istirahət iştirakçılarda unudulmaz təəssüratlar yaratmışdır. Kollektiv təşkil olunmuş gəzintidən razılıqlarını bildirərək, belə tədbirlərin davamlı keçirilməsini arzulayıraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nə öz dərin təşəkkürlərini ifadə etdilər.



