Xəbərlər
Körpələr evi–uşaq bağçasında görüş keçirildi

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 4 nömrəli körpələr evi–uşaq bağçasında görüş keçirildi. Görüş zamanı bağçanın kollektivi ilə yaxından tanış olundu, onların istək və təklifləri dinlənildi, həmçinin qarşıda duran məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Söhbət zamanı kollektiv üzvləri həmkarlar ittifaqı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda, sanatoriya və kurort imkanları, sosial dəstək və digər məsələlərlə bağlı onları maraqlandıran suallarını səsləndirdilər. Qeyd olundu ki, son illər ərzində həmkarlar ittifaqının fəaliyyəti daha da güclənmiş, üzvlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu da kollektiv tərəfindən yüksək qiymətləndirilir.
Sonda bağça kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası -nin sədri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın sədri hörmətli Araz Pashayev ə göstərilən diqqət və dəstəyə görə öz dərin təşəkkürlərini bir daha çatdırdılar.





