“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Körpələrin təqdimatında Zəfər sevinci

04/11/2026, 12:28
xeber1

ETİHİ Nəsimi rayon Komitəsinin üzv təşkilatı olan 114 nömrəli körpələr evi uşaq bağçasında Zəfər Gününə aid tədbir keçirilib. Tədbirin əsas məqsədi uşaqlara Vətən sevgisi, milli-mənəvi dəyərlərimiz, qəhrəmanlıq və vətənpərvərlik hisslərini aşılamaq, eləcə də şanlı Zəfər tariximiz haqqında ilkin biliklər vermək olub.

Tədbir çərçivəsində balacalar Vətənə, Azərbaycan xalqının qəhrəmanlığına və tarixi Zəfərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, hazırladıqları bədii kompozisiyalarla çıxış ediblər. Uşaqların ifasında səslənən şeirlər və nümayiş etdirdikləri vətənpərvərlik ruhlu çıxışlar tədbirə xüsusi rəng qatıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: