“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Körpələrin tərbiyəsinə həsr olunan şərəfli ömür yolu

14/09/2026, 16:06
xeber1

Bərdə şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi İsmayılova Aidə Yedigar qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Uzun illərdir məktəbəqədər təhsil sahəsində çalışan Aidə İsmayılovanın uşaqların tərbiyəsi və inkişafında göstərdiyi səmərəli fəaliyyəti, peşəsinə olan sevgisi və məsuliyyətli əməyi yüksək qiymətləndirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Aidə İsmayılovaya Fəxri Fərman və hədiyyə təqdim olunub.

Tədbirdə çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: