“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

KÖRPƏLƏRİN İKİNCİ ANASI 60 YAŞINDA

14/05/2026, 19:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrində uzun illərdir körpələrin ikinci anası olan tərbiyəçilərin 60 yaş yubileyi böyük ehtiramla qeyd olunur.

Onlar illərlə körpələrə ana qayğısı göstərib, ilk addımlarına dayaq olub, kiçik qəlblərə sevgi və istiqanlılıq aşılayıblar. Minlərlə uşağın xatirəsində əbədi iz qoymuş bu fədakar tərbiyəçilər Fəxri Fərmanlar və xatirə hədiyyələri ilə təltif ediliblər.

Tədbirlərdə vurğulanıb ki, körpələrin inkişafında, tərbiyəsində və ilk təhsilində onların rolu əvəzolunmazdır. Hər bir gülümsəyən uşaq üzü bu əllərin zəhmətinin nəticəsidir.

Müəssisələrin həmkarlar ittifaqı sədrləri yubilyar tərbiyəçiləri səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və ailələrində xoşbəxtlik arzulayıblar.

Körpələrin ikinci anası adlandırdıqları tərbiyəçilər isə göstərilən diqqət və yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: