Xəbərlər
Kürdəmir Peşə Liseyi P.H.Ş və ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə, 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin 6 ili” adlı təntənəli tədbir təşkil olunmuşdur.
Kürdəmir Peşə Liseyi P.H.Ş və ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə, 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin 6 ili” adlı təntənəli tədbir təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Liseyin direktoru Nurlan Abdullayev, 8 Noyabr Zəfər Gününün xalqımızın milli birliyinin, qəhrəmanlığının və dövlətçilik əzminin rəmzi olduğunu qeyd etmişdir.
Çıxışlar zamanı vurğilanmışdır ki, bu möhtəşəm qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun şücaəti və xalqımızın sarsılmaz iradəsi sayəsində əldə olunmuşdur.
📍Tədbirdə, ETİHİ Kürdəmir Rayon Komitəsinin sədri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri, liseyin inzibati-pedaqoji heyəti və tələbələr iştirak etmişlər.
Tədbir çərçivəsində tələbələr tərəfindən Vətən müharibəsinə həsr olunmuş səhnəciklər təqdim olunmuş, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilmişdir.




