“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kürdəmir rayonu Möhübbət Əzimov adına Atakişili kənd tam orta və Şakir Seyidov adına Xırdapay kənd tam orta ümumtəhsil məktəblərində uzun müddət səmərəli fəaliyyəti ilə fərqlənən,məktəbin ictimai işlərində fəallığı ilə seçilən əməkdaşların çalışmanın yaş həddinə çatmaları ilə əlaqədar tədbir keçirilmişdir.

12/06/2026, 17:26
xeber1

Keçirilən tədbirlərdə ETİHİ Kürdəmir rayon komitəsinin sədri Samir Şükürov çıxış edərək yubileyləri münasibətilə müəllimləri təbrik etmişdir.Həmçinin onlara ETİHİ Kürdəmir rayon komitəsi adından fəxri fərman və dəyərli hədiyyələr təqdim etmişdir.

Həmçinin çıxış edənlər qeyd etmişlər ki, yubilyarlar fəaliyyət dövrləri ərzində gənc nəslin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində böyük zəhmət çəkmiş, öz peşələrinə daim məsuliyyət və sevgi ilə yanaşmışlar.

ETİHİ Kürdəmir Rayon Komitəsi tərəfindən yubilyarlara gələcək həyatlarında can sağlığı,uzun ömür və yeni uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: