“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kürdəmirdə Müəllimlər günü ilə bağlı şəhid müəllimin məzarı ziyarət olunub.

05/10/2026, 18:10
xeber1

Kürdəmirdə Müəllimlər günü ilə bağlı şəhid müəllimin məzarı ziyarət olunub.


Oktyabrın 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Kürdəmir rayon Komitəsinin sədri Samir Şükürov Vətən müharibəsi şəhidi, Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləmiş Ömərov Qoşqar Səxavət oğlunun məzarını ziyarət edib.

tədbirdə iştirak edən müəllimlər Vətən müharibəsində şəhid olan müəllimlər haqqında söhbət açıb, müəllimlik peşəsinin şəhidliklə əlaqəsini qeyd edərək, hər iki yolun şərəfli yol olduğunu bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: