Xəbərlər
Kürdəmirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib.

Kürdəmir Rayon Təhsil Sektorunun müdiri Rafayıl Məmmədov və ETİHİ Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov birgə tədbir təşkil olunub.
Tədbirdə iştirak edən Elşən Həsənli məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Daha sonra təhsil, idman və mədəniyyət sahəsində uğur qazanan uşaqlarla görüş keçirilib.
Tədbirdə ETİHİ Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov və Kürdəmir Rayon Təhsil Sektorunun müdiri Rafayıl Məmmədov də iştirak ediblər.
Görüş zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin əhəmiyyətindən danışıb. Çıxışlarda uşaqların hərtərəfli inkişafı, istedadlarının üzə çıxarılması və onların uğurlarının daim dəstəklənməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda bilik və bacarıqları, eləcə də təhsil, idman və mədəniyyət sahələrində qazandıqları nailiyyətlərlə fərqlənən uşaqlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar















