“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kürdəmiş kənd məktəbinin kollektivi üçün Şəki–Qax turu təşkil olunub

22/06/2026, 12:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin (ETİHİ Göyçay Rayon Komitəsi) təşkilati dəstəyi ilə Göyçay rayonu Kürdəmiş kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki–Qax istiqamətində ekskursiyada iştirak edib.


Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi-istirahət ehtiyaclarının qarşılanması, eləcə də ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.


Ekskursiya iştirakçıları Şəki və Qax rayonlarının tarixi-mədəni abidələrini, görməli məkanlarını ziyarət edib, bölgələrin təbii gözəllikləri ilə tanış olublar. Səfər kollektiv üzvlərində xoş təəssüratlar yaradıb, həmkarlar arasında ünsiyyətin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib.


Kollektiv üzvləri onlar üçün yaradılan bu imkana görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə tədbirlərin təhsil işçilərinin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: