Xəbərlər
Kürdəmiş məktəbində yubilyar müəllim təltif olundu

Göyçay rayonu Kürdəmiş kənd tam orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Rəhmanova Xuraman Atakişi qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova yubilyarı səmimi qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri və müəllim peşəsinə sədaqətini yüksək qiymətləndirib.
Yubiley münasibətilə Rəhmanova Xuraman Atakişi qızına ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən mükafat və təşəkkürnamə təqdim olunub.
ETİHİ Göyçay Rayon Komitəsi adından Rəhmanova Xuraman Atakişi qızı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edilir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında xoş günlər arzulayırıq.




