“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kürün o tayına uzanan Neftçala müəlliminin qayğısı

26/10/2026, 12:18
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin əməkdaşları Mayak kənd uşaq bağçasında olaraq uşaqların və müəllimlərin iş şəraiti ilə tanış olublar.

Səfər zamanı Könül müəllim və Afət müəllimin fədakarlığı xüsusi diqqət çəkib. Belə ki, bağçadan uzaqda yaşayan uşaqları evlərinə çatdırmaq üçün müəllimlər Kür çayını qayıqla keçərək balacaları qarşı sahilə aparır, valideynlərinə təhvil verdikdən sonra yenidən geri qayıdırlar.

Bu mənzərə müəllimlik peşəsinin yalnız bilik öyrətməkdən ibarət olmadığını, eyni zamanda böyük məsuliyyət, qayğı və fədakarlıq tələb etdiyini bir daha göstərir.

Görüş çərçivəsində uşaqları sevindirmək, fədakar müəllimlərə isə əməyinə verilən dəyəri hiss etdirmək məqsədilə onlara kiçik hədiyyələr təqdim etdik.

Uşaqların sabahına işıq tutan, öz əməyi və qayğısı ilə onların yolunu açan bütün təhsil işçilərinə təşəkkür edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: