Xəbərlər
Laçın Rayon Komitəsinin nümayəndələri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ittifaq üzvləri ilə Qarabağ regionunda keçirilən görüşündə iştirak ediblər

Bərdə şəhərində keçirilən regional görüşdə Cəbrayıl, Ağdam, Tərtər, Şuşa, Ağcabədi, Bərdə, Füzuli, Xocavənd və Laçın rayon komitələrinin nəzdində fəaliyyət göstərən ilk təşkilat sədrləri və rayon komitələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə və Komitənin məsul əməkdaşları da yer alıblar. Görüş zamanı həmkarlar ittifaqı üzvləri ilə işin daha səmərəli qurulması, təhsil işçilərinin sosial və əmək hüquqlarının qorunması, birlik və həmrəyliyin gücləndirilməsi, eləcə də ilk təşkilatların inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Regional görüş çərçivəsində Respublika Komitəsinin fəaliyyəti haqqında təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb






