Xəbərlər
Laçın rayonu üzrə məktəbəqədər təhsil müəssisələrində Yeni il sovqatları paylanılıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Laçın rayonu üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvlərinin övladları və bağçalarda tərbiyə alan uşaqlar üçün Yeni il sovqatları paylanılıb.
Sovqatlar Laçın rayonu üzrə fəaliyyət göstərən 1, 2, 3, 4 və 5 saylı körpələr evi–uşaq bağçalarında, eləcə də Mişni, Zabux və Sus kənd körpələr evi–uşaq bağçalarında tərbiyə alan uşaqlara və həmkarlar ittifaqı üzvlərinin övladlarına təqdim olunub.
Bu nəcib təşəbbüs məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları, həmkarlar ittifaqı üzvləri və valideynlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Onlar göstərilən diqqət və qayğıya görə AHİK-in sədri cənab Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini ifadə ediblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi ürəkdən təbrik edir, xalqımıza rifah, sağlamlıq və yeni ildə davamlı uğurlar arzulayırıq.














