Xəbərlər
Laçında 5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" münasibətilə təltiflər
03/10/2025, 16:01

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Laçın rayonunun ümumtəhsil məktəblərində çalışan bir qrup qabaqcıl müəllim ETİHİ Laçın Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif olunub.
Seçilənlər arasında Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri olan müəllimlər də yer alıb. Bu, həm müəllimlik peşəsinə, həm də onların fədakarlığına verilən yüksək dəyərin göstəricisidir.
Laçın Rayon Komitəsinin sədri tədbirdə çıxış edərək AHİK sədri cənab Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini çatdırıb, müəllimlərə şərəfli ömür yollarında uğurlar arzulayıb.





