“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Laçında 8 Noyabr – Zəfər Günü qeyd olunub

08/11/2025, 17:00
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda silsilə tədbirlər təşkil olunub.


Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin sədri Pərviz Xaspoladlı, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, rayonun təhsil ictimaiyyəti, eləcə də şəhid ailələri, müharibə veteranları və qazilər iştirak ediblər.

İştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü və “Zəfər” parkındakı şəhidlər abidəsini, həmçinin Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad ediblər.Tədbir iştirakçıları daha sonra “Zəfər” parkında şəhidlərin xatirəsinə ağac əkiblər. Bu təşəbbüs həm də qəhrəmanlarımızın xatirəsini yaşatmaq və gələcək nəsillərə vətənpərvərlik nümunəsi göstərmək məqsədi daşıyır.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi olaraq, biz bu qürur günündə Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı arzulayırıq.


Zəfər Günü – xalqımızın yenilməz ruhunun və birliyinin simvoludur!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: