Xəbərlər
“Laləli Bağça”da həmkarlar ittifaqı komitəsi təsis olunub

“Laləli Bağça”nın əməkdaşlarının iştirakı ilə həmkarlar ittifaqı komitəsinin təsis yığıncağı keçirilib. Səməd Vurğun adına Yaradıcılıq Evində təşkil olunan yığıncaqda bağçanın mövcud 7 filialında həmkarlar ittifaqı komitələrinin yaradılması ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində iştirakçılara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimat edilib.
Toplantıda “Laləli Bağça”nın 50-yə yaxın əməkdaşı, ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə və komitənin digər məsul şəxsləri iştirak ediblər.
Təsis yığıncağında həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının üzvləri, həmçinin komitənin sədri seçilib. Eyni zamanda, yaradılan qurumun ETİHİ Respublika Komitəsinin xidmətinə qəbul edilməsi barədə qərar qəbul olunub.
ETİHİ Respublika Komitəsi əməkdaşların hüquq və mənafelərinin qorunması, həmrəyliyin gücləndirilməsi və həmkarlar ittifaqı hərəkatının inkişafı istiqamətində fəaliyyətini davam etdirir.









