Xəbərlər
Layiqli əmək günü
06 oktyabr 2025-ci il tarixdə Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli, Hamarqışlaq kənd tam orta ümumtəhsil məktəblərində 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə ETİHİ Cəlilabad Rayon Komitəsinin sədri Nəbi İskəndərov iştirak edib.
Tədbirdə iştirak edən ittifaq üzvləri Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti, həmkarlar ittifaqının qarşısında duran vəzifələr barədə, o cümlədən əmək şəraiti, işçilər arasında bərabərlik, əməyin mühafizəsi sahəsi barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, Ümumdünya Layiqli Əmək Günü Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və Beynəlxalq Əmək Təşkilatının fəal dəstəyi ilə 2008-ci ildən hər il qeyd edilir. Onun əsas vəzifəsi dünyanın bütün həmkarlar ittifaqlarını layiqli əmək şəraitinin təmin edilməsi uğrunda fəaliyyətə səfərbər etməkdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsindən sonra bu sahədə kompleks tədbirlər həyata keçirilib və yüksək nailiyyətlər əldə olunub. Beynəlxalq Əmək Təşkilatının və onun Azərbaycandakı tərəfdaşlarından biri olan Azərbaycan Həmkarlar İttifaqlarının iştirakı ilə Azərbaycan Respublikasının 2024-2028-ci illər üçün Layiqli Əmək üzrə yeni Ölkə Proqramının lahiyəsi üzərində işlər yekunlaşmaqdadır.
O da vurğulanıb ki, işçilərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi Cəlilabad rayon komitəsinin fəaliyyətində hər zaman mühüm yer tutur. Ümumtəhsil müəssisə əməkdaşlarının sağlamlığının qorunması, əməyinin mühafizəsi, əməkhaqlarının vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə məsələləri ciddi nəzarətdə saxlanılır. Eyni zamanda işçilərin öz üzərlərinə düşən işlərin layiqincə yerinə yetirməsi, müəllimlərin bir-birləri ilə ünsiyyətləri, müəllim-şagird, müəllim-valideyn münasibətləri təhsil ocaqlarında daim qorunur.



