“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Layiqli Əmək Günü – Ədalətli əmək münasibətlərinə və insan ləyaqətinə hörmətin təntənəsi

08/10/2025, 15:30
xeber1

Layiqli Əmək Günü – Ədalətli əmək münasibətlərinə və insan ləyaqətinə hörmətin təntənəsi.

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi 7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü münasibətilə 32 nömrəli tam orta məktəbdə ittifaq üzvlərinin və qonaq qismində ETİHİ sədrinin müşavir katibi Əlisa Qurbanovun iştirak ilə dəyirmi masa ətrafında seminar keçirilmişdir. Tədbiri himn sədaları altında açıq elan edən ETİHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov Ulu Öndər və Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Geniş məruzə ilə çıxış edən Sübut Əsədov :"Hər il oktyabrın 7-də dünyanın bir çox ölkələrində Ümumdünya Layiqli Əmək Günü (World Day for Decent Work) qeyd olunur. Bu günün məqsədi — bütün insanlara layiqli iş şəraiti yaratmaq, əmək hüquqlarını qorumaq, sosial ədaləti və bərabər imkanları təşviq etməkdir.

Layiqli əmək anlayışı yalnız iş yeri və əmək haqqı ilə məhdudlaşmır. Bu, insanların təhlükəsiz, ədalətli, sosial təminatla əhatə olunmuş, inkişaf və özünü reallaşdırma imkanı verən şəraitdə çalışmaq hüququnu ifadə edir. Həmkarlar ittifaqları və beynəlxalq əmək təşkilatları bu gün vasitəsilə bütün dünyada ədalətli əmək münasibətlərinin formalaşdırılmasına çağırış edirlər.

Azərbaycan Respublikasında da layiqli əməyin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əmək Məcəlləsinin təkmilləşdirilməsi, iş yerlərində sosial müdafiənin gücləndirilməsi, gender bərabərliyi, iş təhlükəsizliyi və əmək hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Təhsil sahəsində isə layiqli əmək həm də müəllim və təhsil işçilərinin əməyinə hörmət, onların sosial rifahının yaxşılaşdırılması, peşəkarlığının artırılması və cəmiyyətin inkişafında rolunun dəyərləndirilməsi deməkdir.

Bu münasibətlə bütün əmək insanlarını, xüsusilə də təhsil işçilərini Layiqli Əmək Günü münasibətilə təbrik edir, hər birinə sağlam həyat, işlərində uğurlar və əməyinin layiqincə qiymətləndirilməsini arzulayırıq.

Layiqli əmək – insan ləyaqətinə hörmətin və sosial ədalətin əsas göstəricisidir!"

Daha sonra Sübut Əsədov 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayevaya 5 oktyabr Beynəlxalq Müəllimlər Günü və 7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü münasibətilə fəxri fərman və gül dəstəsi təqdim etmişdir. Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müşavir katibi Əlisa Qurbanov sədr cənab Araz Paşayevin 7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü münasibətilə təbriklərini çatdırmış və bu mövzunu geniş məruzə edən Sübut Əsədova təşəkkürlərini bildirmişdir. Tədbir seminar iştirakçılarının suallarının cavablandırılması və müzakirəsi ilə yekunlaşmışdır.

#ETİHİNİZAMİ #ETİHİ #AHİK

#worlddayfordecentwork #beynəlxalqlayiqliəməkgünü

#7oktyabr

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: