Xəbərlər
Layiqli Əmək Günü ilə bağlı görüşlər keçirilib.
07/10/2026, 12:16

Elm və Təhsil İşçilər Həmkarlar İttifaqı ETİHİ Qazax Rayon Komitəsi tərəfindən 7 Oktyabr- Beynəlxalq Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ETİHİ Qazax Rayon Komitəsinin sədri Donara Həsənova Layiqli Əməyin mahiyyəti, əmək hüquqlarının qorunması, eləcədə bu sahədə Həmkarlar İttifaqının rolu barədə fikirlərini bölüşüb.
Tədbirin sonunda Təhsil müəssisələrində əməyin mühavizəsi və texniki təhlükəszilik qaydalarına dair qaydalar iştirakçıların diqqətinə çatdırılıb.







